Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hadisə sentyabrın 22-də şəhər ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil piyada, 1965-ci il təvəllüdlü Nurlana Cəfərovanı vurub. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. O, senytabrın 24-də xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az







