RU
Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib
14:40
374

Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib

Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.

7News.Az-ın məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Əhmədov "Access Bank” ASC-nin Gəncə filialının əməkdaşı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ