RU
Gəncədə çörək bişirmə sexi yanıb (ÖZƏL)
23:38
250

Gəncədə çörək bişirmə sexi yanıb (ÖZƏL)

Gəncə şəhərində çörək bişirmə sexlərindən birində yanğın baş verib.
 
7NEWS.az-ın  yerli bürosunun verdiyi məlumata görə, hadisə Süleyman Rəhimov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən yanğın sexin daxilində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

 
7NEWS.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ