Gəncə şəhərində daha bir orta tədris müssisəsi koronavirus infeksiyasına görə, distant təhsilə keçib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata görə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb online tədrisə keçib. Belə ki, tədris ocağının 1 müəllimi və 1 texniki işçisində covid 19 virusu aşkar edilib. İlkin məlumata əsasən tədris müəssəsi iki həftə bağlı qalacaq və aidiatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlaya biləcək. Gəncədə daha öncə 37 nömrəli tədris müəssisəsi koronavirus infeksiyasına görə online tədrisə keçmişdi. Artıq bu məktəb əyani tədris sisteminə qayıdıb.








