Gəncə şəhərində daha iki tam orta məktəbin əyani tədrisinə xitam verilib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəb və şəhid Vüqar Veysəlov adına 30 nömrəli tam orta tədris müəssisəsi əyani fəaliyyətini dayandıraraq distant təhsilə keçib.Tədris müəssisələrinin bağlanmasına səbəb təhsil ocaqlarında şagir və müəllimdə covid 19 virusunun aşkar edilməsidir.Belə ki,13 nömrəli məktəbdə müəllim və şagirddə,13 nömrəli məktəbdə isə 3 şagirddə koronavirus aşkar olunmasıdır.Covid 19 yoluxan şagirdlər 5,7 və 9 cu sinif şagirdləridir.Belədə ölkənin ikinci böyük şəhərində virusla bağlı distant tədrisə kəçən məktəblərin sayı 6-ya çatıb. Daha öncə 12, 26, və 36 nömrəli məktəblərdə əyani tədris koronavirus infeksiyası səbəbindən dayandırılıb.
7News.Az








