Gəncə şəhərində qadın küt alətlə döyülüb.
7News.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İlahə Məmmədova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. O, həyat yoldaşından boşanmaq istədiyini bildirib və nəticədə həyat yoldaşı onu armaturla döyüb. Hadisə zamanı qadın baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
01 oktyabr, 20:48
Gəncədə qadın bıçaqlanıb.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumata görə, qadına xəsarəti onun həyat yoldaşı yetirib. Buna səbəb qadının ərindən boşanmaq istəməsi olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.








