RU
Gəncədə doğuşdan sonra ana öldü
13:32
638

Gəncədə doğuşdan sonra ana öldü

Gəncədə uşaq dünyaya gətirən qadın vəfat edib.

Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ