Gəncədə əlində pirotexniki vasitə partlayan gənc ciddi xəsarət alıb.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü A.Əhmədov əlində pirotexniki vasitənin partlaması nəticəsində sol əl nahiyəsindən ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.








