RU
Gəncədə ev yanır: 4 maşın gəldi
21:22
436

Gəncədə ev yanır: 4 maşın gəldi

Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.

7news.Az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə saat 20:15 radələrində şəhərin Nəsirəddin Tusi küçəsində, "Yağ-piy kombinatı"nın yaxınlığındakı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün işlər aparılır. 
Yanğının hansı səbəbdən baş verdiyi və xəsarət alan olub-olmadığı barədə hələlik məlumat yoxdur.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ