Gəncədən evdən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10 min manat məbləğində pul, 5 min manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Qəhrəmanov saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.
7News.Az








