Gəncə şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 evdən su nasosları və soba oğurlanıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.








