RU
Gəncədə FACİƏ: Paltar sərərkən eyvan uçdu - 27 yaşlı qadın...
14:30
729

Gəncədə FACİƏ: Paltar sərərkən eyvan uçdu - 27 yaşlı qadın...

Gəncədə yaşayış binasının eyvanı uçub.

7News.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva paltar sərərkən eyvan uçub.

Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.//big
 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ