RU
Gəncədə festival başa çatdı - Fotolar
23:00
754

Gəncədə festival başa çatdı - Fotolar

Gəncədə II Elm Festivalının bağlanış mərasimi keçirilib.

7news.Az xəbər verir ki, bağlanış mərasiminə həsr edilən toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş nitqi ilə çıxş edib.

Elmar Vəliyev ikinci dəfə keçirilən Elm Festivalının Respublikamız üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, tədbirin ölkəmizdə elm sahəsində əldə edilən uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov bildirib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir. Akademik Əhliman Əmiraslanov II Elm Festivalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

AMEA-nın vitse prezidenti İbrahim Quliyev çıxışında AMEA-nın təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib.

Çıxışlardan sonra elmin müxtəlif sahələri ilə bağlı yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bildirək ki, festival öz işinə universitetlərdə bölmə iclasları və görüşlərlə yekun vurub.

Gəncədə festival başa çatdı - Fotolar
Gəncədə festival başa çatdı - Fotolar
Gəncədə festival başa çatdı - Fotolar
Gəncədə festival başa çatdı - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ