Gəncədə "Davam” Gənclər Hərəkatı tərəfindən icra olunan "Gənc liderlər üçün Yay Universiteti" layihəsi çərçivəsində forum keçirilir. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, layihə iştirakçıları Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində zərər çəkən əraziləri ziyarət ediblər.Ardından Heydər Əliyev mərkəzində "Gənc liderlərin Gəncə Zirvəsi” adlı forum öz işinə başlayıb. Forumda AR Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Vüqar iskəndərov və digər rəsmilərin iştirak edir.














