Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
7News.Az-ın məlumatına görə, bu gün səhər saatlarından əsməyə başlayan güclü külək şəhərin 20 yanvar küçəsində iri gövdəli ağacı əsas yola aşırdıb.
Bundan başqa şəhərin bir neçə yerində də ağacları qırıb, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.











