Gəncədə kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini olan, Siyavuş Bayram oğlu Məmmədov yarımçıq tikilidən yıxılaraq ağır xəsarət alıb.
Hündürlükdən düşərkən ağır kəllə-beyin tramvası alan S.Məmmədovun müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.
Hadisənin baş vermə səbəbləri araşdırılır./report
7News.Az








