RU
Gəncədə iki minik avtomobili toqquşdu - İki yaralı
22:00
452

Gəncədə iki minik avtomobili toqquşdu - İki yaralı

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb.

"Mercedes” və "VAZ2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ2107” da olan iki sərnişin, şəhər sakinləri, 1940-cı il təvəllüdlü Qənirə İbrahimova və 1975-ci il təvəllüdlü Əminə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ