Gəncə şəhərində inək sahibinin gözünü çıxarıb. Hadisə şəhərin Ə.Cavad küçəsi ev 68 ünvanında baş verib.
7news.Az-ın bölgə müxbirinin məlumatına görə, inək 1978-ci il təvəllüdlü Əliyev Şəmşəddin Musa oğlunu vurub.
Nəticədə gözündən ağır zərbə alan şəxs yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun sol gözü amputasiya edilib.








