O, özünü 8-ci mərtəbədən atmaq istədi.
Şəmkir rayon sakini Gəncənin mərkəzində yeni tikilməkdə olan binanın 8-ci mərtəbəsinə çıxaraq intihara cəhd edib.
7news.az xəbər verir ki, APA TV-nin qərb bürosunun məlumatına görə, Tamerlan Ələsgərov özünü 8-ci mərtəbədən atmaq istəyib.
Hadisə yerinə FHN-in və Gəncə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Aparılan danışıqlar nəticəsində Tamerlan Ələsgərovu fikrindən daşındırmaq mümkün olub.
İntihar cəhdinin səbəbləri araşdırılır.








