RU
Gəncədə keçmiş hərbi hissənin ərazisində YANĞIN olub - YENİLƏNİB
21:00
879

Gəncədə keçmiş hərbi hissənin ərazisində YANĞIN olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Gəncə şəhəri, Sevinc qəsəbəsində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:30

Gəncədə əvvəllər hərbi hissə yerləşmiş ərazidə yanğın olub. 

7News.Az-ın məlumatına görə, ərazidə yanacaq daşıyan avtomobil yanıb. 

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ