RU
Gəncədə kişi arvadına 10-dan çox bıçaq zərbəsi vurub, sonra özünə xəsarət yetirib - TƏFƏRRÜAT
10:10
41

Gəncədə kişi arvadına 10-dan çox bıçaq zərbəsi vurub, sonra özünə xəsarət yetirib - TƏFƏRRÜAT

Gəncə şəhərində ər və arvadın bıçaq xəsarəti aldığı hadisənin bəzi təfərrüatları məlum olub.

1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.

Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb.

R.İmanov isə döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma davam etdirilir.

02:36
Gəncə şəhərində ər və arvad bıçaq xəsarəti alıb, birinin vəziyyəti ağırdır.

Xəsarət alanlar şəhər sakini, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovadır.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin R.İmanov olduğu, onun həyat yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirdiyi bildirilir.

Hadisənin başvermə səbəbləri isə hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ