Gəncədə 'Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi' mövzusunda regional konfrans keçirilib.
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Millət Vəkilləri, Ali təhsil müəssisələrinin rektorları, KİV nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
Çıxış edən Elmar Vəliyev yerli icra orqanları ilə medianın işgüzar əməkdaşlığının ümumi uğurlarını artırmağın önəmini vurulayıb.
Vüqar Əliyev bu konfrasın qədim və tarixiliyini qorumaqla yanaşı, gündən-günə müasirləşən Gəncədə keçirilməsinin əhəmiyətindən söz açıb.
Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncədə son illərdə dinamik inkişafın mətbuatda geniş əks olunduğunu diqqətə çatdırıb.
7News.Az










