RU
Gəncədə koronavirus xəstəsi tutuldu
13:10
410

Gəncədə koronavirus xəstəsi tutuldu

Gəncədə qaydaları pozaraq küçəyə çıxan koronavirus xəstəsi tutulub.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, R.Abbasov adlı Yeni Gəncə qəsəbəsinin sakini COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə almasına baxmayaraq, noyabrın 22-də yaşayış yerini tərk edib.

Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ