RU
Gəncədə körpə xəstəxanada ölüb
13:10
88

Gəncədə körpə xəstəxanada ölüb

Gəncədə ikiyaşlı körpə xəstəxanada ölüb.

Hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayon sakini, 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i, saat 12:10-da 2023-cü il təvəllüdlü körpə (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:


"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50-də ölüm faktı qeydə alınıb".

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ