RU
Gəncədə kütləvi dava: iki qardaş xəsarət alıb
22:00
1188

Gəncədə kütləvi dava: iki qardaş xəsarət alıb

Gəncə şəhərində kütləvi dava baş verib, nəticədə iki qardaş müxtəlif xəsarətlər al

7news.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 34 yaşlı Zakir Verdiyev və 31 yaşlı Mahir Verdiyev şəhərin “Bala bağban” adlanan ərazisində döyülüb.


Qardaşlardan Zakir Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona əng sümüyünün qırığı diaqnozu qoyulub. Qardaşı M.Verdiyevin gözünə bibər suyu töküldüyündən o, Göz Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ