RU
Gəncədə lisey tələbəsi bıçaqlanıb
21:14
261

Gəncədə lisey tələbəsi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

7NEWS.Az-ın yerli bürosunun məlumatına görə hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır.
 

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ