RU
Gəncədə magistral yola yağış suları dolub, avtomobillərin hərəkətində çətinlik yaranıb
10:00
39

Gəncədə magistral yola yağış suları dolub, avtomobillərin hərəkətində çətinlik yaranıb

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissənə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ