Gəncə şəhərində mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub.
Oktyabrın 11-də Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan meyiti tapılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar aparılır./report
7news.Az








