RU
Gəncədə mənzillər ucuzlaşdı
20:53
417

Gəncədə mənzillər ucuzlaşdı

Gəncənin mənzil bazarında durğunluq hökm sürür. Mütəxəssislər bunu manatın məzənnəsində baş verən dəyişiklik, ümumilikdə isə beynəlxalq maliyyə böhranı ilə əlaqələndirirlər.

Son iki ayda Gəncənin daşınmaz əmlak bazarında mənzillərin qiymətində təxminən 15-20 faiz ucuzlaşma müşahidə edilir. Yerli ekspertlər ucuzlaşmanın manatın məzənnəsində qeydə alınan dəyişiklik və beynəlxalq maliyyə böhranının təzahürü fonunda baş verdiyini bildirirlər. Hazırda mənzil bazarında ən çox tələbat bina evlərinədir. Ekspertin   sözlərinə görə, yeni tikilən binalar kommunal xidmətlərlə təmin olunduğu üçün əlavə xərcin  çəkilməsinə ehtiyac qalmır. Rieltorlar isə nikbindirlər. Onlar mənzil bazarındakı hazırki durğunluğun çox çəkməyəcəyinə inanırlar. Gəncədə təkrar mənzil bazarı ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər nisbətən stabildir./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ