RU
Gəncədə mikroavtobus qəza törətdi: ölən var
14:40
228

Gəncədə mikroavtobus qəza törətdi: ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ