Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları növbəti satış yarmarkası keçirilir.
Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, makaron və s. təqdim edirlər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: “Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının mütəmadi təşkil olunması davam etdiriləcəkdir.”
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:
| Un (50 kq) | 21 manat |
| Un (25 kq) | 10 manat 50 qəpik |
| Un (10 kq) | 4 manat |
| Un (5 kq) | 2 manat |
| Mal əti (kq-la) | 5 manat |
| Qoyun əti (kq-la) | 6 manat |
| Yumurta (ədədlə) | 10 qəpik |
| Toyuq (kq-la) | 2 manat 25 qəpik |
| Kartof | 60 qəpik |
| Soğan | 54 qəpik |
| Makaron (5 kq) | 3 manat 50 qəpik |
| Makaron (1 kq) | 80 qəpik |
| Makaron (500 q) | 45 qəpik |
| Kampot | 1 manat 60 qəpik |
| Sultan düyüsü (1 kq)Sultan düyüsü (2 kq) | 2 manat 70 qəpik5 manat 12 qəpik |
| Çinar qarğıdalı yağı | 3 manat 3 qəpik |
| Final semiçka yağı | 2 manat 70 qəpik |
| Berqa çayı (100 q) | 1 manat 49 qəpik |
Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Səidə Rzayeva, Gülçöhrə Mahmudova, Ramal Həmişəyev və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.
Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.
7news.az












