Gəncədə oğurluq edən qadın saxlanılıb.
Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində oğurluq hadisəsi baş verib.
Gəncə şəhər sakini G.Nəbiyevaya məxsus içərisində 380 manat pul və sənəd olan çanta oğurlanıb.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş P.Hüseynova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.








