RU
Gəncədə qadın ərini bıçaqlayıb
13:40
435

Gəncədə qadın ərini bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ