RU
Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB
11:30
26

Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB

Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

01.33
Gəncədə qətl hadisəsi olub.

 Gəncə Şəhər Şahsevənlər küçəsi 106 ünvanında 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsindən 1 bıçaq xəsarəti alıb və yerindəcə dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadədir.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ