RU
Gəncədə qətl törətmiş keçmiş məhkum Rusiyada yaxalandı
14:28
1591

Gəncədə qətl törətmiş keçmiş məhkum Rusiyada yaxalandı

Ötən il Gəncədə qətl hadisəsi törətdiyi üçün axtarışa verilən keçmiş məhkum Rusiyada yaxalanıb.

7News.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ