RU
Gəncədə qətl törətmiş şəxs DYP postunda ələ keçdi
15:52
635

Gəncədə qətl törətmiş şəxs DYP postunda ələ keçdi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin "Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ