RU
Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB
10:20
39

Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB

Gəncədə beş nəfərin qidadan zəhərlənməsi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək. 

Müxbir: Sevil Seymur

10:14
Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 

Müxbir: Sevil Seymur

09:03
Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bunlar E.Ramazanov (1992), Ş.Ramazanova (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022). 

Faktla bağlı araşdırma aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ