RU
Gəncədə qiymət artımı ilə bağlı problem olmayacaq
11:11
579

Gəncədə qiymət artımı ilə bağlı problem olmayacaq

Gəncə olimpiya idman kompleksində süni qiymət artımına qaşrı görüləcək tədbirlərə həsr olunmuş ümumşəhər toplantısı keçirilib. Şəhərin hüquq-mühafizə orqanları rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin, eləcə də iş adamlarının iştirakı ilə keçirilən toplantını giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq son vaxtlar dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana da təsir etməsindən, eləcə də manatın devalvasiyasından sonra ölkəmizdə yaranan iqtisadi çətinliklərdən danışıb və bildirib ki, süni qiymət artımının qarşısının alınması üçün ilk növbədə istehlak qiymətlərinə ciddi nəzarət ediləcəkdir.

Belə ki, Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Devalvasiyanın yaratdığı müəyyən problemləri aradan qaldırmaq üçün artıq ciddi tədbirlər görülür.Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiyanın yaradılmasından danışan Elmar Vəliyev vurğulayıb ki, Azərbaycanda manatın növbəti dəfə devalvasiyaya uğraması nəticəsində qiymətlərin bir çox hallarda süni şəkildə artırılması əhalidə təbii narahatlıq doğurmuşdur. Müşahidə olunan belə halların qarşısının alınması, o cümlədən manatın məzənnəsi məsələsindən süi-istifadə edilməsinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə xüsusi Sərəncam imzalanıbdır. Sərəncama əsasən 15 qrup yaradılmış və hər qrupda 10 nəfər olmaqla hüquq-mühafizə orqanlarından və dövlət qurumlarından nümayəndələr daxil edilibdir. Qrupun üzvləri hər gün satış mərkəzlərində, ictimai iaşə obyektlərində olmaqla satış qiymətlərinə nəzarət edəcəklər.

Sonra “NEON” firmasının rəhbəri Arif Həsənov çıxış edərək bildirdi ki, qənaət rejimi ilə işləri davam etdirirlər. Taxılla bağlı qıtlıq yoxdur. Kifayət qədər ehtiyat var.

2500-ə nəfərə qədər ictimaiyyət nümayəndəsinin iştirak etdiyi ümumşəhər toplantısında 54 nəfər tələbənin təhsil haqqının ödənilməsi ilə bağlı müraciət öz həllini tapdı. Digər müraciətlər də diqqət və qayğı ilə dinlənilib müvafiq tapşırıqlar verildi.

İcra başçısı sahibkarların da mənafeyinin nəzərə alındığını və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncədə yaşayıb işləyən iş adamları üçün ilkin olaraq 100 milyon manat kredit ayrıldığını diqqətə çatdırdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev toplantıya yekun vuraraq deyibdir ki, yaranan bütün bu iqtisadi böhrana baxmayaraq, şəhərdə başlanan infrastruktur layihələrinin, eləcə də sosial yönümlü layihələrin icrasında heç bir problem olmayacaq.

Toplantıda ölkə başçısının manatın devalvasiyaya uğramasından sonra yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrin uğurlu nəticələr verəcəyinə əminlik ifadə olunmuşdur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ