RU
Gəncədə qız atasını bıçaqladı
13:35
1313

Gəncədə qız atasını bıçaqladı

Ata polisə yalan ifadə verib.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

7News.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 

E. Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.   

Araşdırma zamanı E. Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ