Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə 7News.Az-a DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilir ki, fevralın 4-də, axşam saatlarında N.İsmayılova qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub.
Daha sonra hadisə barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N.İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
7News.Az








