Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.
Məktəbdən 7News.Az-a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilib. Salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər",- məktəbdən qeyd edilib.








