Gəncədə şəhərdaxili sərnişin avtobusu aşıb.
Hadisə şəhərin Aluminium Zavodu adlanan ərazisində qeydə alınıb.
Şəhərdə 23 nömrəli xətt üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Hadisə nəticəsində sürücü Canpolad Abdullayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəza zamanı avtobusda sərnişinlər olsa da xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.








