RU
Gəncədə silsilə oğurluqlarda şübhəli вilinən şəxs saxlanılıb
01:00
618

Gəncədə silsilə oğurluqlarda şübhəli вilinən şəxs saxlanılıb

Gəncə şəhərində müxtəlif vaxtlarda mağazalardan, gözəlik salonlarından və ofisdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müxtəlif vaxtlarda şəhər ərazisindəki 1 ofisdən, 3 mağazadan və 2 gözəllik salonundan ümumilikdə 2605 manat pul və mobil telefon oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, R.İbişov saxlanılıb.

Qeyd edək ki, R.İbişov keçmiş məhkum olub.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ