Gəncə şəhərinin şərq istiqamətində çıxışında ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən yolu süpürən qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Avtomobil sonra yolun kənarında olan divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./olke
7news.az








