RU
Gəncədə tələbəni qanına qəltan etdilər
01:10
1054

Gəncədə tələbəni qanına qəltan etdilər

Mahmudov kirayə qaldığı ərazidə bıçaqlanıb.

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Samir Mahmudov sifətin, sol saytın və döş qəfəsinin daxilə keçməyən kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti normal qiymətləndirilir. S. Mahmudov Azərbaycan Texnologiya Universitetinin tələbəsidir. Məlumata görə о, kirayə qaldığı ərazidə bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ