Gəncədə təmizlik idarəsinin işçiləri qəzaya uğrayıb.
Sentyabr ayının 22-si axşam saat 23 radələrində Gəncə şəhəri Nizami prospektində iki avtomobilin toqquşması nəticələnən qəza baş verib. Qəzada Passatla Motoreller markalı minik avtomobilləri iştirak edib. Hadisə zamanı motorellerdə olan iki nəfər Gəncə şəhəri Təmizlik İdarəsinin işçiləri 31 yaşlı Mehman Məhərrəmov və 59 yaşlı Faqət Nağıyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstaxanasına çatdırılıb. Vəziyyətləri orta agırdır . Qzanın baş vermə səbəbləri araşdırılır.
S-X Məharət Kərimov həkim Gəncə şəhərində baş verən qəza zmanı iki nəfər bir kişi və bir qadın xəstəxanamıza müraciət edib. Hər iki xəstəyə ilkin yardım göstərilib. Sonrakı müayinə və müalicə üçün şöbəyə yerləşdirilib. Hər iki xəstənin vəziyyəti kafidir./kepez.tv
7news.az








