RU
Gəncədə türkiyəli mütəxəssislər tərəfindən turizm və otelçilik sahəsində çalışanlar üçün təlimlərə başlanılıb
10:05
1241

Gəncədə türkiyəli mütəxəssislər tərəfindən turizm və otelçilik sahəsində çalışanlar üçün təlimlərə başlanılıb

Gəncədə Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə turizm sektorunun və otelçilik xidmətlərinin inkişafı mövzusunda təlimlərə başlanılıb.

Təlimlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dəvət olunmuş turizm və otelçilik sahəsində təcrübəyə malik aparıcı mütəxəssislər tərəfindən keçiriləcək.

Mayın 24-dən 31-dək davam edəcək təlim-tədris kurslarında iştirak etmək üçün Gəncə, Şəmkir, Mingəçevir, Naftalan və Göygöl şəhərlərinin turizm və otelçilik sahəsində işləyən 100-dən artıq əməkdaşı qeydiyyatdan keçib.

İştirakçılar əvvəlcədən müəyyən edilmiş qaydalara görə 4 qrupa ayrılıblar. Sonra təlimlər müvafiq bölmələrdə mütəxəssislər tərəfindən davam etdirilib.

Qeyd edək ki, təlim-tədris kurslarında əsasən 4 sahə - “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” ixtisasları üzrə dərsləri təlimçilər tərəfindən tədris ediləcəkdir.

Sonda iştirakçılara təlimlərdən uğurla keçmələrinə dair sertifikatlar veriləcək.  

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ