Oktyabrın 23-nə keçən gecə şəhər ərazisindəki təhsil müəssisələrinin birində oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, 15 ədəd kompyüter və bir ədəd "WiFi” cihazı oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.








