RU
Gəncədə Yapon mətbəxinin təamları təqdim edildi
23:21
386

Gəncədə Yapon mətbəxinin təamları təqdim edildi

Gəncədə Yapon mətbəxinin təqdimatı keçirilib. Şəhər rəsmiləri,  ayrı-ayrı qurumların rəhbərləri və jurnalistlər Yapon aşpazlarının hazırladığı yeməkləri dadıblar.   

Yapon  aşpazları  tərəfindən hazırlanan suşi, tempro və tiryək-to  yemək növləri  öz  dadı və ləzzəti,  tərkibində istifadə olunan  müxtəlif növ dəniz  məhsullarının təbiiliyi ilə diqqəti cəlb edib. Bu mətbəxin ən tanınmış təamlardan biri olan suşi, italyan pizzasının məşhurluğu ilə müqayisə oluna bilər. Araşdırmalar nəticəsində məlum olub ki, ilk vaxtlar suşi kasıb təbəqəyə aid insanların yeməyi sayılırdı. Lakin illər sonra hər şey dəyişdi və indi suşi delikatesə çevrilməyi bacarıb. Suşilərin tərkibində olan dəniz məhsulları da orqanizm üçün çox xeyirlidir. Çiy balıq, az bişirilmiş düyü və müxtəlif tərəvəzlər suşiyə maraqlı və dadlı bir yemək olaraq status qazandırır. Yapon yeməklərinin tərkibində orqanizm üçün faydalı olan bütün vitamin və minerallar var. Bunun sayəsində artıq çəkidən azad olub, dırnaqlar, saçlar və dişlərin vəziyyətini yaxşılaşdırmaq, hamar və gözəl dəriyə sahib olmaq olar./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ