RU
Gəncədə yarım il əvvəl edilən oğurluğun üstü açıldı
15:18
351

Gəncədə yarım il əvvəl edilən oğurluğun üstü açıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr  ayında şəhər  ərazisindəki  evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7News.Az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş  29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ